Untitled Document
Mingəçevir deyəndə yada unudulmaz şairimiz Səməd Vurğun, onun "Muğan" poeması düşür. Bəli, təqribən yarım əsr əvvəl burada bambaşqa həyat var idi, hər tərəfdə inşaat, Muğan üçün həyati əhəmiyyəti olan Mingəçevir su anbarı, elektrik stansiyası, trikotaj kombinatı.

Gənclik şəhəri bu gün də öz əhəmiyyətini qoruyub saxlayır. Bu gün Mingəçevir sabaha inamla addımlayır və onun sabaha gedən Mingəçevirlilərlə bir sırada 1993-cü ildə təməli qoyulmuş Mingəçevir Özəl Türk Liseyi də inamla, qətiyyətlə addımlayır.

Fəaliyyətə başlamasından bir neçə il sonra liseyin şagirdləri həm respublika fənn olimpiadalarında, həm də müxtəlif ölkələrdə keçirilən olimpiada və bilik yarışlarında ölkəmizə çox sayda qızıl, gümüş və bürünc medallar qazandırmışlar.

Şagirdlərin Respublika və Beynəlxalq fənn olimpiadalarında qazandığı uğurlar, ali məktəblərə qəbul imtahanlarında göstərdiyi yüksək nəticələr burada çalışan gənc, yenilikçi və fədakar müəllim kollektivinin gərgin əməyinin bəhrəsidir. Nəticədə bu gün Mingəçevir Özəl Türk Liseyinin məzunlarının sorağı dünyanın ən məşhur universitetlərindən gəlir.

Mingəçevir Özəl Türk Liseyi
Mingəçevir şəhəri. 20 Yanvar küç. 12.
Tel:(+994 147) 4 14 88
Fax:(+994 147) 4 60 10
e-mail: mingecevir@cag.edu.az